“Bu cür hadisələr istənilən cəmiyyətdə var” - Vəkillər Kollegiyasının üzvü

“Bu cür hadisələr istənilən cəmiyyətdə var”

“Bu cür hadisələr istənilən cəmiyyətdə var” - Vəkillər Kollegiyasının üzvü

“Təqsirkar şəxs aşkar surətdə 14 yaşına çatmayan şəxsə qarşı bu cür cinayət törədibsə, 10 ildən 15 ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır”.

Bunu Polemika.az-a açıqlamasında ötən həftə İmişlidə baş verən iyrənc cinayətə münasibət bildirərkən Vəkillər Kollegiyasının üzvü Mehman Muradlı deyib. 

Onun sözlərinə görə, Cinayət Məcəlləsinin 149.3.3 (zorlama) və 150.3.3 (seksual xarakterli zorakılıq hərəkətləri) maddələri ilə cinayət işi açılmalıdır. 

“Hazırki cəza sistemimiz bütün kriteriyalara cavab verir. Bir neçə il öncə sanksiyalar, xüsusilə ağır cinayətlərə dair bölümdə dəyişiklik edilib. Məsələn, adam öldürmə ilə bağlı 15 il cəza kəsilirdisə, hazırda 20 il həbs nəzərdə tutulur. Eyniylə zorlama hadisələri ilə də bağlı 12 il idisə, hazırda bu göstərici 15 ilə kimi qaldırılıb. 

Əksəriyyət sosial şəbəkələrdə ölüm hökümünü gündəmə gətirir. Ancaq bu cür hadisələr istənilən cəmiyyətdə var, ən yaxşı cəmiyyətlərdən biri sayılan İsveçrədə belə azyaşlıların zorlanması baş verir. Amma orada da ölüm hökmü yoxdur. Məncə, İmişli hadisəsi ilə bağlı ömürlük həbs adekvat cəza ola bilər”, - deyə Mehman Muradlı izah edib.

Ayzel

“Bu cür hadisələr istənilən cəmiyyətdə var” - Vəkillər Kollegiyasının üzvü