"Ora-bura qaçır, arvad biləndə də..." - Dədə Süleyman

"Ora-bura qaçır, arvad biləndə də..."

"Ora-bura qaçır, arvad biləndə də..." - Dədə Süleyman

Kişilər arasında populyar ifadə var: “ Məmməd arvaddan qorxur.”

Təbii ki, adlar şərtidir. Cümlənin əvvəlində Məmmədi, Əhməd və yaxud Hümbət əvəzləyə bilər. Zarafatla deyilmiş bu sözlər güclü cinsin nümayəndələri arasında çox vaxt qıcıq yaradır. Bəzən söz-söhbətə, incikliyə səbəb olur. 

Bu fikrin cəmiyyətdə kök atmasına səbəb nədir? Doğrudanmı, Azərbaycanda kişilər həyat yoldaşlarından qorxurlar? Məişət zorakılığının getdikcə artdığı bir vaxtda kişi və qadın münasibətləri necə tənzimlənməlidir?

Mövzu ilə bağlı “Yeni Sabah”a açıqlama verən xanəndə, Əməkdar artist Süleyman Abdullayev bildirib ki, bu kişi ilə qadının arasında olan münasibətin problemli olduğunu göstərir.

Xanəndə bildirib ki, kişi həyat yoldaşı ilə düzgün rəftar etməyəndə, "ora-bura" qaçanda xanımı bunu bilir və buna görə də qorxu hissi yaranır:

“Məmmədin həyat yoldaşı evdə öz sözünü keçirə bilirsə, səsi bərk çıxırsa, kişi onun hər dediyini edəcək. Bu da onu göstərir ki, evdə bərabərsizlik var. Və belə olan halda kişi evdəki gücünü həyat yoldaşına vermiş olur. Bəzən də kişi həyat yoldaşının yanında o qədər kobud səvhlər edir ki, başıaşağı olur. Ona görə də, özünü onun hər dediyini etmək məcburiyyəti hiss edir.”

Xanəndə qeyd edib ki, keçmiş zamanda münasibətlər tamamilə fərqli idi:

“Qədim dövrdə belə deyildi, aləm təmiz dəyişib. Əvvəl kişinin dominantlığı hər ailədə özünü göstərirdi. Qadınla kişi bir-birini saf sevgi ilə sevirdi. Ancaq indi birini sevmək, telefonunda şəklinə baxıb bəyənmək çox asandır. Hər şey sadələşib. Ona görə də ailəni dağıtmaq da, bu dəqiqə çox asandır. 

Ayzel 

"Ora-bura qaçır, arvad biləndə də..." - Dədə Süleyman