Gürcü hərbi nazir İrəvana gəldi

Gürcü hərbi nazir İrəvana gəldi

Gürcü hərbi nazir İrəvana gəldi

Gürcüstanın müdafiə naziri Xuanşer Burçuladzenin başçılıq etdiyi nümayəndə heyəti Ermənistana iki günlük rəsmi səfərə gəlib.

Polemika.az xəbər verir ki, Ermənistanın Müdafiə Nazirliyində iki ölkənin müdafiə idarələrinin rəhbərləri arasında ayrıca söhbət olub, daha sonra geniş tərkibdə görüş keçirilib.

Müzakirələr zamanı tərəflər regionda tam hüquqlu sülhün və sabit inkişafın bərqərar olmasının vacibliyini vurğulanıb.

Görüşdə bir sıra beynəlxalq və regional təhlükəsizlik, o cümlədən iki ölkə arasında müdafiə sahəsində əməkdaşlıq məsələlərinə də toxunulub.

Gürcü hərbi nazir İrəvana gəldi