Suraxanıda növbəti küçə asfaltlanır - Fotolar

Suraxanıda növbəti küçə asfaltlanır

Suraxanıda növbəti küçə asfaltlanır - Fotolar

Suraxanı rayonu qəsəbəsində növbəti küçədə yenidənqurma işləri davam etdirilir.

Polemika.az xəbər verir ki, qəsəbənin yol infrastrukturu baxımından işlək küçələrindən hesab olunan Sahil küçəsində Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən aparılan təmir-tikinti işləri çərçivəsində 7150 kv.m asfalt-beton örtüyünün salınması işləri aparılır.

 Bununla yanaşı küçə boyu 1020 p/m bordyur daşı düzülərək piyada səkiləri salınır və səkilərin hərəkət hissəsində 1500 kv.m asfalt örtüyü döşənir.

Qeyd edək ki, rayon ərazisində qəsəbələrarası yolların və məhəllədaxili küçələrin əsaslı şəkildə təmiri və yenidən qurulması mərhələli şəkildə həyata keçirilir. 

Suraxanıda növbəti küçə asfaltlanır - Fotolar