Ölənin qarasınca danışmaq günahdır? – “Əgər cinayət törədibsə…”

Ölənin qarasınca danışmaq günahdır? – “Əgər cinayət törədibsə…”

Ölənin qarasınca danışmaq günahdır? – “Əgər cinayət törədibsə…”

Belə bir deyim var ki, insan vəfat edəndən sonra onun arxasıyca danışmaq olmaz. Lakin bzən vəfat etmiş şəxs haqqında yaxşı və ya xoşagəlməyən sözlər danışırlar. Əsas da bu gətirilir ki, ölən şəxs cinayət törədib.

İlahiyyatçı Əkrəm Həsənov Polemika.az-a açıqlamasında deyib ki, insan həyatda necə tanınırsa, öləndən sonra da o şəkildə xatırlanır:

“İnsan həyatda yaşayanda onun çevrəsi, ətrafı o insanı elə tanıyır, qəbul edir. İnsan dünyasını dəyişəndən sonra da həmin insan o şəkildə xatirələrdə qalır. 

Rəsulullah həmişə tövsiyə edirdi ki, ölən insanları yaxşı xatırlayın, həmin şəxs haqqında yaxşı sözlər deyin. Ölənin arxasıyca pis sözlər deməyin. Hətta vəfat edən insanın borcu olub, olmadığını da soruşardı. O, borcu bağlamamış vəfat edən şəxsə cənabət namazı qıldırmırdı. Ən vacib ölən şəxsin borcunun bağlanmasıdır. İnsan çalışmalıdır ki, onun kiməsə borcu qalmasın, kiminsə qəlbinə dəyməsin. Belə olsa, o yaxşı xatırlanacaq”.

İlahiyyatçının sözlərinə görə, ölən insanın arxasıyca danışmağının günah və ya günah olmaması haqqında heç bir dəlil yoxdur:

“İslam dini insan bu dünyada necə olubsa, öldükdən sonra da elə xatırlanmasını təşviq edib. Ölən insanın arxasıyca danışmağın heç bir əhəmiyyəti yoxdur. Əgər borcu varsa, danışmaq olar. Amma arxasıyca danışmağın da günah və ya günah olmamsı haqqında heç bir dəlil yoxdur. Lakin danışmaq düzgün deyil. Ancaq xoş sözlər danışmaq olar. Hətta eybi varsa, onu da danışmaq düzgün sayılmır. Çünki insan öləndən sonra onun kitabı bağlanır. Həmin kitabın bağlı qalması daha məqsədə uyğun hesab olunur”.

Ə.Həsənov qeyd edib ki, ölən şəxs əgər hər hansı bir cinayət törədibsə, o zaman onu bəyan etmək olar:

“Əgər o bu dünyada hər hansı bir cinayət işlədibsə, sonradan o cinayətin üstü açılıbsa, o zaman onu bəyan edib bildirmək olar. Lakin insanların münasibətini pozmaq baxımından danışmağa şəriət icazə vermir. Əgər iki insanın arasını pozacaq hal olcaqsa, olmaz. Tutaq ki, vəfat edən şəxsə hər hansı bir insana digər kimsə haqqında nəsə deyib. Onu heç kimə söyləməməyi bildirirsə, onu həmin şəxsə çatdırmaq qolmaz. Bu günah da sayılır. Şəriət buna icazə vermir”.

Nəzrin Vahid

 

Polemika.az xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə deyib.

Onun sözlərinə görə, III ixtisas qrupunda bəzi ixtisaslar üzrə imtahan fənlərinin dəyişdirilməsi səbəbindən əlavə olunan coğrafiya fənninin məzmunları II qrupla da demək olar eyni olacaq.

O qeyd edib ki, III qrup üzrə dəyişikliklə bağlı 1 300 yer əlavə olunacaq:

“Dəyişiklik III qrupdakı gərginliyi bir növ aşağı salacaq. Bu da 300 bal toplayıb ali məktəblərə qəbul olmayanlar üçün şans deməkdir. Yuxarı reytinqli ixtisaslarda vəziyyət olduğu kimi qalacaq”. 

Ölənin qarasınca danışmaq günahdır? – “Əgər cinayət törədibsə…”