Bakıda “Fulya” filminin təqdimatı keçiriləcək

Bakıda “Fulya” filminin təqdimatı keçiriləcək

Bakıda “Fulya” filminin təqdimatı keçiriləcək

Azərbaycan və Türkiyənin müştərək istehsalı olan “Fulya” sənədli filminin təqdimatı olacaq.

Mədəniyyət nazirliyindən Polemika.az-a verilən məlumata görə film oktyabr ayının 31-də saat 15.00-da Nizami Kino Mərkəzində təqdi olunacaq.

44 günlük Vətən Müharibəsində öz xidməti vəzifələrini yerinə yetirən Türkiyəli jurnalist Fulya Öztürk və kameraman Halil Kahramanın yaşadıqlarından bəhs edən filmin çəkilişləri bu ilin iyun ayında Gəncə, Bərdə, Tərtər və Bakı ərazisində aparılıb. Filmin rejissorları Aykut Taşkın və Tahir Tahiroviç, təsvir rejissoru Cengizhan Durmaz, prodüserləri Özcan Dada və Fariz Əhmədovdur.

Film “Azərbaycanfilm” kinostudiyası ilə Türkiyənin “Dada Yapım” şirkətinin birgə istehsalıdır.

Qeyd edək ki, təqdimatda “Fulya”nın yaradıcı heyəti, həmçinin filmin qəhrəmanları - Türkiyəli media nümayəndələri Fulya Öztürk və Halil Kahraman iştirak edəcəklər.

  

Bakıda “Fulya” filminin təqdimatı keçiriləcək