Əzəli rəqiblər yenidən üz-üzə gələcək

Əzəli rəqiblər yenidən üz-üzə gələcək

Əzəli rəqiblər yenidən üz-üzə gələcək

Bu gün İspaniya La Liqasında "Barselona" və "Real Madrid" arasında növbəti El-Klasiko keçiriləcək.

Polemika.az xəbər verir ki, "Kamp Nou"dakı matçdan öncə "Kral klubu" 8 oyundan sonra 17 xalla üçüncü, Kataloniya təmsilçisi isə 15 xalla səkkizinci pillədə qərarlaşıb.

Hər iki komanda çempionatda bir oyun az keçirib.

Görüşü FIFA referisi Xose Mariya Sançes Martines idarə edəcək.

İndiyədək bütün rəsmi turnirlərdə baş tutan 246 "El Klasiko"nun 98-də qonaqlar, 96-da isə paytaxt təmsilçisi qələbə qazanıb.

52 görüşdə isə qalib müəyyənləşməyib.

La Liqa qarşılaşmalarında da "Real Madrid"in rəqibinə qarşı üstünlüyü var – 75:72.

Əzəli rəqiblər yenidən üz-üzə gələcək