Dünya onların qazandığı milyonları sayır - Adlar

Dünya onların qazandığı milyonları sayır

Dünya onların qazandığı milyonları sayır - Adlar

"Forbes" jurnalı 2021-ci ilin ən çox qazanan idmançılarının adlarını açıqlayıb.

Polemika.az xəbər verir ki, 50 nəfərlik siyahıda illik gəlir məbləği ötən illə müqayisədə 28.5 milyondan 34 milyon ABŞ dollara yüksəlib

İlk pillədə Mütləq Döyüş Çempionatının (UFC) 2 çəki dərəcəsi üzrə sabiq çempionu Konor Makqreqor qərarlaşıb. Onun 2021-ci ildəki gəliri 180 milyon dollar təşkil edib. Argentina millisinin və PSJ-nin futbolçusu Lionel Messi 2-ci (130 milyon dollar), Portuqaliya millisinin və "Mançester Yunayted"un hücumçusu Kriştiano Ronaldo 3-cü (120 milyon dollar) 3-cü olub.

Siyahıda ilk "onluq" aşağıdakı kimidir:

1. Konor Makqreqor - 180 milyon dollar

2. Lionel Messi - 130 milyon dollar

3. Kriştiano Ronaldo - 120 milyon dollar

4. Dak Preskott (Amerika futbolu) - 107,5 milyon dollar

5. Lebroin Ceyms (basketbol) - 96,5 milyon dollar

6. Neymar (PSJ, Fransa) - 95 milyon

7. Rocer Federer (tennis) - 90 milyon dollar

8. Lüis Hemilton (Formula 1) - 82 milyon dollar

9. Tom Bredi (Amerika futbolu) - 76 milyon dollar

10. Kevin Dürant (basketbol) - 75 milyon dollar

Dünya onların qazandığı milyonları sayır - Adlar