Azərbaycanı Avropa çempionatında təmsil edəcək cüdoçular bəlli oldu

Azərbaycanı Avropa çempionatında təmsil edəcək cüdoçular bəlli oldu

Azərbaycanı Avropa çempionatında təmsil edəcək cüdoçular bəlli oldu

Noyabrın 5-də Macarıstanın paytaxtı Budapeştdə 23 yaşadək cüdoçular arasında start götürəcək Avropa çempionatında Azərbaycan komandası 8 idmançı ilə təmsil olunacaq.

Federasiyadan Polemika.az-a verilən məlumata görə, kişilərin yarışında Elçin Hüseynov (66 kq), Zelim Tskayev, Məhərrəm İmamverdiyev (81 kq) və İmran Yusifov (+100 kq) mübarizə aparacaqlar.

Qadınların mübarizəsində isə Aydan Vəliyeva, Ramilə Əliyeva (hər ikisi 48 kq), Səbinə Əliyeva (52 kq) və Nərgiz Hacıyeva (63 kq) bacarıqlarını nümayiş etdirəcəklər.

Qeyd edək ki, noyabrın 7-dək davam edəcək Avropa çempionatında 38 ölkədən 307 (175 kişi, 132 qadın) cüdoçu mübarizə aparacaq.

Azərbaycanı Avropa çempionatında təmsil edəcək cüdoçular bəlli oldu