“Prezident tapşırıq verib, federasiyaların işi araşdırılır” – Nazir

“Prezident tapşırıq verib, federasiyaların işi araşdırılır” – Nazir

“Prezident tapşırıq verib, federasiyaların işi araşdırılır” – Nazir

“Federasiyalarda keçirilən görüşlərim araşdırma xarakteri daşıyır".

Polemika.az xəbər verir ki, bu barədə "Report" agentliyinə açıqlamasında gənclər və idman naziri Fərid Qayıbov bildirib.

O qeyd edib ki, çətinliklər olsa da, problemləri araşdırmaq lazımdır:

“Bundan sonra planlaşdırma aparılmalıdır. Prezident tərəfindən tapşırıqlar verilib, üzərində işləyirik"

F.Qayıbov deyib ki, federasiyaların işi araşdırılır və nəticələr barədə məlumat veriləcək.

Nazir qeyd edib ki, olimpiya komplekslərinin fəaliyyəti ilə bağlı tədbirlər görüləcək:

“Olimpiya komplekslərinin necə idarə olunması barədə müzakirələr aparırıq”.

Nazir əlavə edib ki, kadr islahatlarının da aparılması nəzərdə tutulub.

“Prezident tapşırıq verib, federasiyaların işi araşdırılır” – Nazir