Qarabağın sabiq direktoru mərcə girib

Qarabağın sabiq direktoru mərcə girib

Qarabağın sabiq direktoru mərcə girib

“Qarabağ”ın sabiq idman direktoru Con van Loen Ağdam klubunda çalışarkən Belçika "Anderlext"inin mərhum fəxri prezidenti Vanden Stokla mərcə girib.

Polemika.az xəbər verir ki, bu barədə 56 yaşlı niderlandlı mütəxəssis "voetbalnieuws.be" saytına açıqlama verib.

Onun sözlərinə görə, maraqlı hadisə "köhlən atlar"ın 2015/2016 mövsümündə Bakıda Brüssel təmsilçisini 1:0 hesabı ilə məğlub etdiyi UEFA Avropa Liqasının qrup oyunundan öncə baş verib:

"Həmin vaxt "Qarabağ"da sabiq "Anderlext"li Reynaldo Silva çıxış edirdi. O, çox yaxşı oyunçu idi. Belçika klubu ilə görüşdən öncə Stok dedi ki, Con, biz udsaq, sən mənə, "Qarabağ" qalib gəlsə, mən sənə sənə bir şüşə şərab verəcəyəm. Oyundan sonra rəqibin qaldığı otelə gedib mənə çatmalı olan şərabı tələb etdim. Bu qələbə kluba da çox şey qazandırdı".

Qeyd edək ki, Con van Loen 2014 - 2016-cı illərdə "Qarabağ"da çalışıb.

Qarabağın sabiq direktoru mərcə girib