Ərdoğan Bakıya gəlməyəcək

Ərdoğan Bakıya gəlməyəcək

Ərdoğan Bakıya gəlməyəcək

Oktyabrın 26-sı Azərbaycana səfəri planlaşdırılan Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Bakıya gəlməyəcəyini bildirib. 

Polemika.az xəbər verir ki, Türkiyə lideri Afrika səfərindən dönərkən jurnalistlərin suallarını cavablandırıb.

O, Azərbaycana səfərin təfərrüatını açıqlayıb: 

“Oktyabrın 26-da Azərbaycana səfərim olacaq. Səfər proqramında Bakıda olmaq nəzərdə tutulmayıb, amma inşallah Füzuli hava limanının açılışında iştirak edəcəyəm”. 

Türkiyə dövlət başçısı bildirib ki, səfərlə əlaqədər Azərbaycan Prezidenti İlham Əliyevlə müzakirələr aparıb. 

Ərdoğan Bakıya gəlməyəcək