Bayden "Müsəlman QArdaşlar"ın 16 liderini azad etdirmək şərti qoyur

Bayden "Müsəlman QArdaşlar"ın 16 liderini azad etdirmək şərti qoyur

Bayden "Müsəlman QArdaşlar"ın 16 liderini azad etdirmək şərti qoyur

ABŞ prezidenti Co Bayden administrasiyası Qahirənin "Müsəlman Qardaşlar"ın 16 liderini azad etmək şərti ilə Misirə 130 milyon dolları ödəmək niyyətindədir.

Polemika.az "Əl-Ərəbiyyə"yə istinadla xəbər verir ki, respublikaçı senator Ted Kruz məlumat yayıb.

Onun sözlərinə görə, vəsait terrorla mübarizə üçün ayrılıb.

Kruz əlavə edib ki, Bayden administrasiyası 16 adı açıqlamaqdan imtina edir və bu, şübhələr yaradır:

"Azad etmək istədiyiniz bu insanlar kimdir? Onların "Qardaşlar"la əlaqəsi nədir? Məhbuslar terror əməlində ittiham olunubmu? Onlar ABŞ vətəndaşıdır?"

"Əl-Ərəbiyyə"nin məlumatına görə, 16 lider arasında ABŞ vətəndaşlığını almış “Müsəlman Qardaşlar”ı da var. 

Yeri gəlmişkən, Ted Kruz Konqresə "Qardaşlar"ı terror qruplaşması kimi tanıyan qanun layihəsi təqdim edib.

Bayden "Müsəlman QArdaşlar"ın 16 liderini azad etdirmək şərti qoyur