Bolqarıstanda seçkilərin 2-ci turu keçiriləcək

Bolqarıstanda seçkilərin 2-ci turu keçiriləcək

Bolqarıstanda seçkilərin 2-ci turu keçiriləcək

Bolqarıstanda prezident seçkilərinin ikinci turu keçiriləcək, çünki namizədlərdən heç biri səslərin yarıdan çoxunu toplaya bilməyib.

Polemika.az xəbər verir ki, "Alpha Research" sosioloji agentliyinin keçirdiyi “exit-poll”a əsasən, Bolqarıstan Sosialist Partiyası (BSP) tərəfindən namizədliyi irəli sürülmüş hazırkı prezident Rumen Radev 49,1 faiz səs qazanaraq seçkilərin ikinci turuna keçib.

Keçmiş baş nazir Boyko Borisovun Bolqarıstanın Avropa İnkişafı Uğrunda Vətəndaşları Partiyası (GERB) tərəfindən dəstəklənən Sofiya Universitetinin rektoru Anastas Qersikov 26,5 faiz səs toplayıb. O, ikinci turda Radevə rəqib olub.

Bolqarıstanda seçkilərin 2-ci turu keçiriləcək