"Yenidən prezident seçilmək hüququm var" - Putin

"Yenidən prezident seçilmək hüququm var" - Putin

"Yenidən prezident seçilmək hüququm var" - Putin

Rusiya prezidenti Vladimir Putin 2024-cü ildə növbəti prezidentliyə namizəd olub-olmayacağı ilə bağlı hələ qərar vermədiyini bildirib.

Polemika.az “İnterfaks”a istinadla xəbər verir ki, o belə bir hüququn mövcudluğunun ölkədə vəziyyəti sabitləşdirəcəyini bildirib.

“Konstitusiyaya uyğun olaraq, mənim yeni müddətə seçilmək hüququm var. Bunu edəcəyəm, ya yox, hələ özüm üçün qərar verməmişəm. Lakin bu hüququn mövcudluğu artıq daxili siyasi vəziyyəti sabitləşdirir. Hazırda mənim seçilmək üçün kifayət qədər hüququm var. 2024-cü ildə kimin nəyi planlaşdırdığını söyləmək hələ tezdir”, - deyə Putin qeyd edib.

O əlavə edib: "Yenidən seçilməyim Rusiya üçün məqsəd deyil”.

 

"Yenidən prezident seçilmək hüququm var" - Putin