Hacı Nuran Almaniya xəstəxanasında - "Məni yalnız qoymadınız"

Hacı Nuran Almaniya xəstəxanasında - "Məni yalnız qoymadınız"

Hacı Nuran Almaniya xəstəxanasında - "Məni yalnız qoymadınız"

Uzun illərdir xərçəngdən əziyyət çəkən aparıcı Hacı Nuran Hüseynovun səhhətində yenidən problem yaranıb.

Polemika.az xəbər verir ki, bu dəfə o, müalicə üçün Almaniyaya üz tutub. 

Onkoloji klinikadan görüntülərini paylaşan aparıcı pis günündə yanında olan dostlarına təşəkkür edib:

"Almaniya, Düsseldorf, onkologiya şöbəsi... İnsan xəstə yatağında olanda daha çox kimin ona diqqət və şəfqət göstərəcəyini düşünür. Bu gün müalicə olunduğum xəstəxana - Almaniyanın Düsseldorf şəhərindəki klinika artıq mənə doğmalaşıb desəm, səhv etmərəm. Buradakı gözəl şərait və həkimlərin sonsuz diqqət, qayğı və şəfqəti insana ağrılarını belə unutdurur. Amma dost diqqəti bir başqadır. Nə qədər olsa da bu münasibət doğma, əziz insanların şəfqətinə, sevgisinə çatmaz yəqin ki... Xəstələndiyim gündən bəri məni bir an belə diqqətdən kənar qoymayan insanlar var həyatımda. O insanlar ki, səhhətimlə bağlı aldıqları xəbər yenə onları üzüb. Buna görə də dünəndən bəri istər telefonuma, istərsə də sosial hesablarıma yüzlərlə mesaj gəlib. Mənə görə narahat olan, öz xoş sözlərini, dualarını əskik etməyən insanların hər birinə minnətdaram. Siz məni heç yalnız qoymadınız".

Hacı Nuran Almaniya xəstəxanasında - "Məni yalnız qoymadınız"