"ABŞ daha 55 rusiyalı diplomatı ölkədən çıxarmaq istəyir"  - Kreml narahatdır

"ABŞ daha 55 rusiyalı diplomatı ölkədən çıxarmaq istəyir" 

"ABŞ daha 55 rusiyalı diplomatı ölkədən çıxarmaq istəyir"  - Kreml narahatdır

Rəsmi Vaşinqton yaxın aylarda daha 55 rusiyalı diplomatın, eləcə də səfirlik və konsulluqların inzibati və texniki işçisinin ABŞ-ı tərk etməsini tələb edir.

Polemika.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bildirib.

Zaxarova qeyd edib ki, bu addımdan sonra diplomatik cəbhədə vəziyyət pisləşəcək:

"Birtərəfli üstünlüklərə nail olmaq ümidi ilə qarşıdurma ssenarisinin həyata keçirilməsində inadkarlıq heç bir yerə aparmır. Bunun ardınca tərəfimizdən operativ və mütənasib, lakin simmetrik olmamaq şərti ilə addım atılacaq”, - diplomat vurğulayıb.

Zaxarova əlavə edib ki, ABŞ-a Rusiya Federasiyasındakı diplomatik personalın, o cümlədən çox tələb olunan konsulların sayına görə 455 nəfərlik kvotanı doldurmağa heç nə mane olmur: "Hazırda Rusiyada 130-a yaxın amerikalı diplomat, ABŞ-dakı nümayəndəliklərimizdə isə 200-dən az rusiyalı çalışır". (Report)

"ABŞ daha 55 rusiyalı diplomatı ölkədən çıxarmaq istəyir"  - Kreml narahatdır