İbrahim Rəisidən xəbərdarlıq: "İsrail qonşularla əlaqələrimizi poza bilməyəcək"

İbrahim Rəisidən xəbərdarlıq: "İsrail qonşularla əlaqələrimizi poza bilməyəcək"

İbrahim Rəisidən xəbərdarlıq: "İsrail qonşularla əlaqələrimizi poza bilməyəcək"

“Bölgədəki yadellilər öz ekspansionist maraqlarını güdürlər. Biz sionistlərin (İsrail - red.) qonşularla münasibətlərimizi pozmasına icazə verməyəcəyik".

Polemika.az "Fars News"a istinadla xəbər verir ki, bunu İranın prezidenti İbrahim Rəisi bildirib.

Bu gün parlamentdə Şərqi və Qərbi Azərbaycan əyalətlərinin nümayəndələri ilə görüşən Rəisi bu əyalətlərin qonşu dövlətlərlə ticari-iqtisadi mübadiləsinə, sərhəd bazarları vasitəsilə ticarət dövriyyəsinin artırılmasına diqqətin artırılmasına çağırış edib.

"15 qonşu ölkə ilə ünsiyyət qurmaq vacib məsələdir. Qonşularla heç bir problemimiz yoxdur və qonşularımızla münasibət prioritetimizdir. Bölgədəki yadlar maraqlarını, onların genişləndirilməsi niyyəti güdürlər və biz sionistlərin qonşularla münasibətlərimizi pozmasına icazə verməyəcəyik", - deyə İbrahim Rəisiqeyd edib.

İbrahim Rəisidən xəbərdarlıq: "İsrail qonşularla əlaqələrimizi poza bilməyəcək"