Zakir Həsənov Tehranda: "Hərbi əlaqələr inkişaf etdirilməlidir"

Zakir Həsənov Tehranda: "Hərbi əlaqələr inkişaf etdirilməlidir"

Zakir Həsənov Tehranda: "Hərbi əlaqələr inkişaf etdirilməlidir"

"İran və Azərbaycan Respublikası tarix, din, din, dil və digər məsələlərdə çoxlu ortaq və oxşar cəhətlərə malikdir. İslam Respublikasının siyasəti qonşularla əlaqələri inkişaf etdirmək və istənilən işğala qarşı çıxmaqdır”.

Polemika.az "Defa Press"ə istinadla xəbər verir ki, bunu İran Silahlı Qüvvələri Baş Qərargahın rəisi, general-mayor Məhəmməd Baqiri bildirib.

O, Tehranda səfərdə olan Azərbaycanın müdafiə naziri, general Zakir Həsənovla görüşü zamanı deyib:

“Ümid edirəm ki, İrana səfəriniz iki ölkə arasında, xüsusilə müdafiə, texniki və hərbi məsələlərdə əlaqələrin inkişafı və möhkəmləndirilməsi üçün yaxşı fürsətdir. Biz azərbaycanlı qardaşlarımızı görməkdən hər zaman xoşbəxtik".

General Baqiri əlavə edib:

"Azərbaycanın işğal olunmuş ərazilərinin 30 ildən sonra azad edilməsi İslam İnqilabının Ali Rəhbərini və əziz İran xalqını sevindirdi. Biz Azərbaycan Respublikasının ərazi bütövlüyünə ölkəmizin suverenliyinə həssas olduğumuz qədər həssasıq. İki ölkə arasında tarix, din, din, dil və digər məsələlərdə çoxlu ortaq və oxşar cəhətlər var. İslam Respublikası hökumətinin siyasəti qonşularla əlaqələri inkişaf etdirməkdir. Bütün bunlar bizim sizinlə daha yaxın münasibət qurmağa çalışmağa vadar edir".

Zakir Həsənov Tehranda: "Hərbi əlaqələr inkişaf etdirilməlidir"