Ramiz Mehdiyev erməni dilində tədrisi niyə ləğv etdirdi?

Ramiz Mehdiyev erməni dilində tədrisi niyə ləğv etdirdi?

Ramiz Mehdiyev erməni dilində tədrisi niyə ləğv etdirdi?

“Qarabaği Adrbejan e yev verj!” Bu sözün tərcüməsini çoxumuz bilmirik. Bu sözü ermənicədə “Qarabağ Azərbaycandır!” deməkdir. Niyə bilmirik? Ona görə ki, daxilimizdə erməni dilini öyrənməyə, istər elmi anlamda, istərsə də həvəskar anlamda maraq yoxdur. Doğrudur, bəzi telekanallarımızda, o cümlədən Dövlət Radiosunda erməni dilində xəbərlər təqdim edilir, amma bu da kifayət qədər öz təsrini göstərmir.

Ermənistanda isə bu sahə ən başlıca və prioritet məsələdir. Azərbaycanda bu sahəyə marağın olmamasına səbəb nədir? Biz “niyə emrəninin dilini öyrənirəm?” streotipini sındıra bilmirik?

Məsələ ilə bağlı “Polemika.az”a danışan dilçi alim, filologiya üzrə elmlər doktoru İlhami Cəfərsoy bildirib ki, bu məsələlər bizim dövlətimizi və millətimizi maraqlandıran bir haldır:

“Mən cavan vaxtı təyinatla, o zaman keçmiş APİ-nin (hazırki ADPU – red.) fillialı olan Xankəndi Pedaqoji İnstitutunda işləmişəm. Onların dilini öyrənəndə, onlar deyirdilər ki, nəyinizə lazımdır? Biz hamımız Azərbaycan dilini bilirik onsuz da. Yəni onlar heç biri istəmirdi ki, biz erməni dilini öyrənək”.

Alimin sözlərinə görə, Azərbaycanda son 5-6 ildir ki, bu iş başlayıb:

“İlk dəfə olaraq, Akademiyanın keçmiş prezidenti, akademik Akif Əlizadənin özündən xahiş etdik və magistraturaya yer ayrıldı. Bu proses 4 il davam etdi və ilk məzunlar buraxıldı. Hazırda onlar tədrislərini başa vurub, elmi işlə məşğuldurlar və həmçinin universitetlərdə dərs deyirlər. Bütün bunlara baxmayaraq kadrlarımız azdır”.

İ. Cəfərsoy onu da vurğulayıb ki, Ermənistan Təhsil Nazirliyi rəsmi olaraq ildə 12 nəfər tələbəni bakalavr səviyyəsində Azərbaycan dilinin öyrənilməsi üçü həmin ixtisasa qəbul edir:

“5-6 nəfər də magistr səviyyəsində olur. Onlar Azərbaycan dilinin bütün ləhcələrini, Azərbaycan milli xarakterinin bütün incəliklərini, Azərbaycan xalqının adamı hansı məqamda ona yaxşılıq edə bilər, ürəyi yumşalar və ya pislik edə bilər və s. dərin şəkildə öyrənirlər. Bu məsələ çox aktualdır ki, biz də düşmənlə bağlı olaraq onların hər tərəfini öyrənməliyik”.

O, qeyd edib ki, bu işlər Akif Əlizadənin Akadmeiyaya rəhbərlik etdiyi dövrdə başlamışdı, Akademiyanın hazırkı prezidenti Ramiz Mehdiyev rəhbərliyə gələndən sonra bunu dayandırdı:

“Biz getdik qəbula, onun özü ilə görüşə bilməsək də, müavinləriylə, direktorlarıyla görüşdük, xahiş etdik. Bunun nəticəsi olaraq da gələn il bizə magistratura səviyyəsində yer verilib və oraya yalnız 2 nəfər qəbul olacaq. Orta səviyyəli Azərbaycan ziyalısına elə gəlir ki, erməni dilini öyrəndim, bəsdir. Yox!

80-ə yaxın ləhcəsiylə 3 erməni dili var. Qədim erməni dili – hay dili, şərqi erməni dili və qərbi erməni dili. Biri yunan sözləriylə, o birisi isə İran dillərindən olan sözlərlə tamamilə korlanıb”.

Həmsöhbətimiz onu da bildirib ki, vətənpərvərlik səviyyəsində çox şeydən aralanıb, gücü elmə verməklə bu işləri həyata keçirmək olar:

“Bu iş bizdə, artıq başlayıb. BDU-da erməni dilinə ayrılan saatlar çoxaldı, ancaq bunlar çox azdır. Biz tarixçi kimi, tarixi, dilçi kimi, dili və sosial psixoloq kimi, onların psixologiyasını öyrənməliyik”.

Alim erməni psixologiyasının maraqlı tərəflərinə də toxunub: “Onların elə tərəfləri var ki, məsələn, deyirsən ona sən filan yerdə 1 milyon ziyana düşmüsən və yaxud arvadını evdə başqa kişiylə görüblər ona təsir edər, amma ağlamaz. Deyəndə ki, sənin kilsə salnamələrin filan nömrələr altında erməni əlifbası ilə Azərbaycan dilində yazılıb, görəcəksən ki, onlar diz çöküb ağlayacaqlar. Mən onların dəfələrlə ağladıqlarını görmüşəm. Öz dillərində deyirlər ki, sənə qurban olum, bunları demə, axı biz səninlə çörək kəsmişik.

Allah insanı yaradanda 2 üz verir insana, biri zahiri, digəri də daxili, amma onların bilmirəm 22, yoxsa 122 üzü var”.

Son olaraq alim söyləyib ki, yalnız dili və tarixi öyrənmək azdır: “Onların sosial həyatları və milli psixologiyalarını da bilməliyik. Onu da bildirim ki, bizim DTX da artıq erməni dilini öyrənməyə başlayıb. Bizim iş yoldaşlarımızın da biri də orada dərs deyir. Yəni ki, iş başlayıb, hər şey yaxşı irəliləyir, amma elmi səviyyəli yüksək kadr hazırlamaq bizim qarşımızda hələ çox məqsədlər var”.

Rafi Müslümov

Ramiz Mehdiyev erməni dilində tədrisi niyə ləğv etdirdi?