Müşfiq Ələsgərli: "Zəngəzur baryeri aradan qaldırılmalıdır”

Müşfiq Ələsgərli: "Zəngəzur baryeri aradan qaldırılmalıdır”

Müşfiq Ələsgərli: "Zəngəzur baryeri aradan qaldırılmalıdır”

“Türk dünyasının coğrafi baxımdan parçalanması prosesi Zəngəzur bölgəsini Azərbaycandan ayırıb Ermənistana birləşdirməklə tamamlanıb. İndi vahid bir qüvvə kimi çıxış edən Türk dünyasının yaradılması üçün Zəngəzur baryeri aradan qaldırılmalıdır”.

Bu sözləri Polemika.az-a açıqlamasında Jurnalistlərin Həmkarlar İttifaqının sədri, tanınmış media eksperti Müşfiq Ələsgərli deyib. Ələsgərli Zəngəzur dəhlizinin yaradılmasının yalnız iqtisadi deyil, həm də böyük siyasi əhəmiyyət daşıdığını qeyd edib:

“Zəngəzur dəhlizi Azərbaycandaxili mövzu deyil. Dəhliz Naxçıvan Muxtar Respublikasını materiak Azərbaycanla birləşdirən xətt mahiyyətindən çıxır, Türk dünyasını corğafi baxımdan birləşdirən amilə çevrilir. Prezident İlham Əliyev 100 ilə dayanan bu problemi aradan qaldırmaq üçün çox ciddi çalışır. Azərbaycan Respublikası 44 günlük Vətən Müharibəsində tarixi qələbə qazanmaqla Zəngəzur layihəsinin gerçəkləşdirilməsini sürətləndirib. Bununla Azərbaycan Prezidenti türkdilli dövlətlər arasında coğrafi bağlılığın bərpa edilməsinə, bütün Türk dünyasının birlik arzusunun reallığa çevrilməsinə misilsiz töhfələr verir və Türk dünyasının liderinə çevrilir. Bu prosesləri nəzərə alaraq Türkdilli ölkələrin Dövlət Başçıları Şurasının Qərarı ilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “Türk Dünyasının Ali Ordeni” ilə təltif edilib. Qərarı Türkiyə, Qazaxıstan, Qırğızıstan və Özbəkistan prezidentləri imzalayıb”.

Ekspert İlham Əliyevin Türkdilli Şuraya töhvəsindən də danışıb:

“Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Türkdilli ölkələrin Şurasına rəhbərlik etdiyi son 3 il ərzində təşkilatın inkişafına, onun sıralarının genişlənməsinə, beynəlxalq aləmdə nüfuzunun yüksəlməsinə və əlaqələrinin artmasına önəmli töhfələr verib. Hazırda regionda həyata keçirilən beynəlxalq və regional layihələr türkdilli dövlətlər arasında bağlılığa öz töhfəsini verməkdədir. Zəngəzur dəhlizinin açılması ilə bu bağlılıq daha da artacaq, əməkdaşlığımıza yeni bir nəfəs qatacaq, üzv ölkələr arasında yük və sərnişin daşımalarının həcminə müsbət məcrada təsir edəcək. Eyni zamanda, inteqrasiya prosesləri və mexanizmləri insanlarımız arasında da təmasların intensivləşməsinə səbəb olacaq”. 

Müşfiq Ələsgərli: "Zəngəzur baryeri aradan qaldırılmalıdır”