Bakıda qəzada həlak olan piyadanın yaxınları axtarılır

Bakıda qəzada həlak olan piyadanın yaxınları axtarılır

Bakıda qəzada həlak olan piyadanın yaxınları axtarılır

Bak-Mərdəkan şossesinin Binə qəsəbəsi ərazisindən keçən hissəsində “Vaz 21015” markalı şəxsiyyəti istintaqa məlum olan avtomobilin sürücüsü yolu keçən 45-50 yaşlarında kişini vurub.

Daxili İşlər Nazirliyindən Polemika.az-a verilən məlumata görə, hadisə zamanı piyada dünyasını dəyişib.

Aparılan araşdırmalar zamanı piyadanın şəxsiyyətini müəyyən etmək mümkün olmayıb.

Şəxsiyyəti istintaqa məlum olmayan, şəkildə gördüyünüz şəxsi tanıyanlardan və barəsində məlumatı olanlardan DİN-in "102" Xidməti Zəng Mərkəzinə, həmçinin Xəzər Rayon Polis İdarəsinə və 3-cü Polis Bölməsinə (012) - 590-72- 03, (012)- 456-03-02, (055) – 359-21-35 və (050) – 717- 07- 67 telefon nömrələrinə zəng vuraraq məlumat vermələri xahiş olunur.

Bakıda qəzada həlak olan piyadanın yaxınları axtarılır