“Gəl, şagirdi şapalaqlayıb döyək” - Məktəblərdə fiziki cəza olmalıdırmı?

“Gəl, şagirdi şapalaqlayıb döyək” - Məktəblərdə fiziki cəza olmalıdırmı?

“Gəl, şagirdi şapalaqlayıb döyək” - Məktəblərdə fiziki cəza olmalıdırmı?

Sinif otağında şagirdlərin müəllimə tərbiyəsiz hərəkətlərini əks etditən videonun hansı məktəbdə qeydə alındığı hələlik məlum deyil. Təhsil Nazirliyi görüntülərin Azərbaycana aid olduğuna şübhə ilə yanaşsa da, partalar üzərindəki yazılar videonun ölkəmizdə çəkildiyinə dəlalət edir.

Mövzu ilə bağlı Polemika.az-a danışan təhsil eksperti Kamran Əsədov bu tip hadisələrin baş verməməsi üçün müəllimlərə bəzi hüquqların verilməli olduğunu deyib:

“Həmin uşağı döymək müəllim hüquqlarına daxil deyil. Bilirsiniz, insanlara “hüquq” deyəndə, “hansısa cəza nəzərdə tutulmalıdır” deyəndə, ağıllarına ilk gələn şey fiziki cəzadır. 

Konkret rəqəmlərə nəzər salaq: ölkənin 4432 məktəbində 1,6 milyon şagird təhsil alır, təkcə birinci sinifdə 165 min adam oxuyur. 9-cu sinifdə 130 min nəfər təhsil alır. Onların bu gün nə etməyindən asılı olmayaraq, şagirdləri bir sinifdən digərinə keçiririk. 

Azərbaycanda ümumən sinifdə qalma halları il ərzində maksimum 120-130 nəfərdir. Təsəvvür edin, 4432 məktəbdən cəmi 100 nəfərə yaxın uşaq sinifdə qalır. Onlar da ya xəstədir, ya da ümumiyyətlə, məktəbə getmirlər”.

Kamran Əsədov əlavə edib:

“Bu gün müəllim şagirdə “2” yaza bilməz, yaxud onun yazdığı “2”nin heç bir əhəmiyyəti yoxdur. Qanunvericilik deyir, altı dəfə “2” alan şagird sinifdə qalsın, amma belə bir fakt reallıqda yoxdur.

Müəllimin təqdimatı ilə şagird sinifdə saxlanılmalıdır, şagird məktəbdən azad edilməlidir. Müəllim hüququ deyəndə, mən bunu nəzərdə tuturam. Biz cəza növü deyəndə “gəl, şagirdi şapalaqlayaq, döyək” nəzərdə tutmuram. Uşaq bilməlidir ki, məktəbdə aldığı qiymət, davranış onun gələcəyinə təsir edəcək. 

Bu gün ali məktəbə daxil olmaq üçün məktəbdəki davranışın heç bir əhəmiyyəti olmayacaq, amma müəllimə imkan verməliyik ki, uşaq haqqında bir rəy yazsın. Yəni həmin şəxs gələcəkdə harada təhsil alacaqsa, orada məktəb müəlliminin onun haqqında necə rəy verdiyinə də nəzər yetirilsin. Bu zaman uşaqlar qorxacaqlar. 

Bütün hallarda müəllimə şagirdə qarşı sərt addımlar atmağa imkan verməliyik. Amma yenə deyirəm, şagirdin döyülməsini nəzərdə tutmuram”.

Əsmətxanım Rzazadə

 

“Gəl, şagirdi şapalaqlayıb döyək” - Məktəblərdə fiziki cəza olmalıdırmı?