Xankəndi şəhidləri haqda film çəkiləcək

Xankəndi şəhidləri haqda film çəkiləcək

Xankəndi şəhidləri haqda film çəkiləcək

“Xankəndi” Məcburi Köçkünlərə Dəstək İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Xankəndi-Vətən müharibəsi şəhidləri” adlı sənədli filminin hazırlanması (Azərbaycan dilində) layihəsinin icrasına başlayıb. Layihənin icra müddəti üç ay nəzərdə tutulub.

İkinci Qarabağ-Vətən müharibəsində torpaqlarımızın azadlığı uğrunda döyüşlərdə Xankəndililərdə iştirak etmişdilər. Vətən müharibəsində Xankəndi şəhərindən olan üç hərbiçimiz şəhid olub. Eyni zamanda onlarla vətən müharibəsi qazisi və veteranı var. Birliyimiz Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə icrasına başladığı “Xankəndi-Vətən müharibəsi şəhidləri” adlı sənədli filmin layihəsi çərçivəsində çəkiləcək film Xankəndidən olan Vətən müharibəsi şəhidləri Nəsirov Xəqani Kamran oğlu, Əhmədov Nicat Həsən oğlu və Cavadov Namiq Rəhbər oğlunun döyüş yolundan bəhs edəcək. Filmin çəkilişi Bakı və Gəncə şəhərində, Tərtər və Goranboy rayonlarda, Aşağı Ağcakənd qəsəbəsində aparılacaq. Filmdə Şəhidlərimizin döyüş yoldaşlarından və yaxınlarından şəhidlərimizin döyüş yolu haqqında məlumat veriləcək.

Layihənin məqsədi Xankəndi şəhərindən olan Vətən müharibəsi şəhidləri Nəsirov Xəqani Kamran oğlu, Əhmədov Nicat Həsən oğlu və Cavadov Namiq Rəhbər oğlunun vətənimizin ərazi bütövlüyünün qorunmasında göstərdikləri şücaətlər haqqında məlumatları geniş ictimaiyyətə təqdim etməkdir. Digər amalımız isə gənclərimizə vətənpərvərlik ruhu aşılamaq və Azərbaycan vətəndaşlarının daim öz ərazi bütövlüyünü qoruyacağını beynəlxalq ictimaiyyətə çatdırmaqdır.

Məlumat üçün bildiririk ki, “Xankəndi” Məcburi Köçkünlərə Dəstək İctimai Birliyi bu günə qədər bir sıra uğurlu layihələr həyata keçirib./Modern.az

Xankəndi şəhidləri haqda film çəkiləcək