Məşhur yazıçı Vəzirovdan danışdı: "Əgər dost olsaydıq..."

Məşhur yazıçı Vəzirovdan danışdı: "Əgər dost olsaydıq..."

Məşhur yazıçı Vəzirovdan danışdı: "Əgər dost olsaydıq..."

“O vaxt pyesimə Dram Teatrında quruluş verilmişdi. “Qızıl test” tamaşasına Əbdürrəhman Vəzirov da gəlib baxmışdı".

Bunu Polemika.az-a açıqlamasında yazıçı Seyran Səxavət bildirib.

Sovet Azərbaycanının keçmiş rəhbərlərindən Əbdürrəhman Vəzirov vəfatı ilə bağlı danışan  yazıçı qeyd edib: 

“O vaxt pyesimə Akademik Dram Teatrında quruluş verilmişdi. “Qızıl test” tamaşasına birinci katib Əbdürrəhman Vəzirov da gəlmişdi. Lojadan tamaşaya baxmışdı.

Çox adam məndən soruşdu ki, Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi tamaşanıza baxıb, buna nə reaksiya verdiniz? Cavabım belə oldu: Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi teatrın qapısına qədər həmin vəzifənin sahibidir, qapıdan içəri girdisə, artıq tamaşaçıdır.

Mən o vaxt Əbdülrəhman Vəzirova yüzlərlə tamaşaçımdan biri kimi yanaşmışdım. Onunla yaxın dostluğum olmayıb, lakin olardısa, böyük məmnuniyyətlə deyərdim ki, bəli, yaxın dost olmuşuq.

Allah cəmi ölənlərə rəhmət eləsin, həmçinin ona...”

Əsmətxanım

Məşhur yazıçı Vəzirovdan danışdı: "Əgər dost olsaydıq..."