Putin Qarabağ ermənilərinə görə Makrondan nə xahiş edib? - Mühüm iki məqam

Putin Qarabağ ermənilərinə görə Makrondan nə xahiş edib?

Putin Qarabağ ermənilərinə görə Makrondan nə xahiş edib? - Mühüm iki məqam

Bir neçə gün öncə Rusiya prezidenti Vladimir Putin Fransa prezidenti Emmanuel Makronla görüşdə Azərbaycan-Ermənistan münasibətlərini müzakirə edib. Rusiya sülhməramlı qüvvələrinin fəaliyyətini yüksək qiymətləndirən Putin bildirib ki, Minsk qrupunun həmsədrləri regionda humanitar və sosial-iqtisadi problemlərlə məşğul olmalıdırlar.

Maraqlıdır, Putinin bu açıqlaması nəyə hesablanıb?

Məsələ ilə bağlı Sfera.az-a danışan politoloq Natiq Miri Rusiyanın digər ölkələri Qarabağdakı ermənilərə yardım etməyə çağırdığını deyib:

"Putinin bu açıqlamasında iki məqam var. Birincisi, Putin bildirmək istəyir ki, Qarabağ münaqişəsi birmənalı olaraq Rusiyanın nəzarətindədir və hərbi-siyasi anlamda tənzimləyici rol onlara məxsusdur. Sosial-iqtisadi məsələlərdə digər həmsədrlərin iştirakı ilə bağlı fikirlərin səsləndirilməsi onlara hansısa rolun verilməsi ilə əlaqədar məsələ deyil. Bu, Qarabağda yaşayan ermənilərin sosial-iqtisadi problemlərinə digər ölkələrin də qoşulması ilə bağlıdır. Bu problemləri Rusiya təkbaşna həll etməkdə çətinlik çəkir. Rusiya bir tərəfdən hansısa dövləti regiona buraxmaq istəmir, digər tərəfdən  ermənilərin problemlərini həll etmək məcburiyyətində qalır. Lakin digər dövlətlərin ermənillərin problemlərini həll etmək niyyətində olmadığı aydın məsələdir”.

Politoloq Putinin açıqlamasını Azərbaycanın mövqeyi ilə də əlaqələndirib:

"Bundan başqa Vladimir Putin bilir ki, Azəbaycan prezidentinin Minsk qrupu ilə bağlı konkret fikri var. Azərbaycan razı olmadığı müddətdə heç bir ölkə regionda probleminə həllinə müdaxilə edə bilməz. Ona görə Putin Qarabağ münaqişəsinin həlli ilə bağlı həmsədr ölkələrə bir növ xəbərdarlıq etdi. Qarabağ Azərbaycanın ərazisidir və münaqişənin həllində digər ölkələr iştirak etməməlidir”.

Putin Qarabağ ermənilərinə görə Makrondan nə xahiş edib? - Mühüm iki məqam