"Bu, Azərbaycanın Ermənistana olan xoşniyyətidir, bunu ona görə edirik ki..."

"Bu, Azərbaycanın Ermənistana olan xoşniyyətidir, bunu ona görə edirik ki..."

"Bu, Azərbaycanın Ermənistana olan xoşniyyətidir, bunu ona görə edirik ki..."

“Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanın öz ölkəsinin İctimai TV-sinə verdiyi müsahibə geniş rezonansa səbəb olub”.

Bu sözləri Polemika.az-a açıqlamasında Sosial Tədqiqatlar Mərkəzinin baş məsləhətçisi, politoloq İlyas Hüseynov Armen Qriqoryanın Gorus-Qafan yolunda qurulan gömrük postları ilə bağlı açıqlamasını şərh edərkən deyib.

Politoloq qeyd edib ki, Ermənistanda intiqam hissi ilə yaşayan insanlar var və azərbaycanafobiya orada çox güclü yayılıb:

“Lakin belə bir fonda Azərbaycanla sərhəddə, xüsusilə də, Gorus-Qafan yolu üzərində gömrük və sərhəd nəzarət məntəqlərinin fəaliyyətə başlaması ilə bağlı Armen Qriqoryanın fikir bildirməsi bunu göstərir ki, Ermənistan həm də, Azərbaycanla münasibətlərin daha da mülayimləşdirilməsi, Türkiyə ilə münasibətlərdə açılıma getmək və qonşularla mehriban qonşuluq siyasətində çərçivəsində əməkdaşlıq münasibətlərinin qurulmasında maraqlıdır.

Onda belə bir haqlı sual çıxır ki, Ermənistan niyə Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədlərini tanımır və eyni zamanda nəqliyyat və kommunikasiya xətlərinin açılması ilə bağlı məsələlərin yubadılmasında maraqlıdır?”

Analitik daha sonra bunları əlavə edib:

“Digər tərəfdən, Azərbaycan tərəfi beynəlxalq səviyyədə tanınmış sərhədlərinin tanınması, nəqliyyat və kommunikasiya xətlərinin açılması, Azərbaycana qarşı ərazi iddialarından əl çəkilməsi ilə bağlı tezislərlərlə də çıxış edir, lakin Ermənistan tərəfindən bu cür adekvat addımlar atılmamışdır.

9 noyabr tarixində üçtərəfli birgə bəyanatın bir illiyi tamam olanda Azərbaycan, Rusiya və Ermənistan ldierlərinin onlayn formatda görüşü ilə bağlı Rusiya Federasiyası prezidenti Vladimir Putinin mətbuat katibi Dmitriy Peskov məlumat versə də, Ermənistan tərəfinin bu görüşdə iştirak etməməsi ilə bağlı fikir bildirməsi və əvvəlcə Ermənistanın XİN aparatının, daha sonra Baş nazirin bu məsələni təkzib etməsi bunu göstərir ki, görüşlərdə Ermənistan tərəfi maralqı deyil. Çünki bu görüş, əgər baş tutardısa, ilk növbədə sərhədlərin delimitasiyası və demarkasiyası və nəqliyyat-kommunikasiya xətlərinin açılması ilə bağlı genişmiqyaslı fəaliyyət nəzərdə tutulacaqdı və ən azından delimitasiya və demarkasiya ilə bağlı xüsusi komissiyanın təsis olunması gözlənilirdi”.

Ekspert hesab edir ki, Ermənistan tərəfi daxili auditoriyanın bu məsələyə çox skeptik yanaşmasından qorxaraq, bu məsələlərə qeyri-adekvat fikir bildirdi:

“Lakin istənilən halda mənə elə gəlir ki, sərhəd nəzarət məntəqələrinin fəaliyyətə başlaması və Ermənistan tərəfində məhz Ermənistanın, Azərbaycan tərəfində isə Azərbaycanın gömrük postunun qurulması, bu məsələlərin icra edilməsi onu göstərir ki, siyasi dialoq, qarşılıqlı təmaslar qurulması vasitəsilə istənilən problemləri həll etmək mümkündür.

Əgər Ermənistan tərəfi Ermənistanın Müdafiə naziri Arşak Karapetyanın Azərbaycan ərazisinə qanunsuz səfər etməsi, digər tərəfdən Qaragöl (Sevliç) ətrafında həmlə edərək hər hansısa əraziləri zəbt etmək və bu tipli gərginliyin arıtırlmasına xidmət edən təxribatçı hərəkətlərə yol verəcəksə, onda siyasi dialoqdan söhbət də gedə bilməz. Belə olan halda isə bu, yalnız qalıcı gərginliyin saxlanılmasına xidmət edəcək”

“Onu da qeyd edim ki, M2 magistral yolu (Gorus-Qafan yolu - red.) çox strateji əhəmiyyətli bir yoldur. Ermənistanın bu yoldan istifadə etməsində Azərbaycan tərəfindən heç bir əngəllə qarşılaşmır. Bu Azərbaycanın Ermənistana qarşı olan xoşniyyətidir və bu, yalnız ona görə edilir ki, Ermənistan Azərbaycnanın dövlət sərhədlərini tanısın və Naxçıvanla əlaqənin təmin olunmasına heç bir mane törətməsin”. – deyə İ. Hüseynov fikirlərini tamamlayıb.

Rafi MÜSLÜMOV 

"Bu, Azərbaycanın Ermənistana olan xoşniyyətidir, bunu ona görə edirik ki..."