Karantini pozan toy sahibləri CƏRİMƏLƏNDİ - Video

Karantini pozan toy sahibləri CƏRİMƏLƏNDİ

Karantini pozan toy sahibləri CƏRİMƏLƏNDİ - Video

Qəbələ Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdiyi nəzarət-yoxlama tədbirləri zamanı fərdi evlərdə təşkil olunan toy mərasimlərində karantin qaydalarının pozulduğu aşkarlanıb. 

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan Polemika.az-a verilən məlumata görə, rayonun Aydınqışlaq kəndi və Nic qəsəbəsində yerləşən fərdi evlərin həyətyanı sahələrində keçirilən toy məclislərində 150 nəfərdən artıq qonağın iştirak etdiyi, eləcə də bəzilərinin COVID-19 pasportu olmadığı müəyyən edilib.

Aşkarlanmış qayda pozuntuları ilə əlaqədar toy təşkilatçıları Yavər Qarayev, Vitaliy Mancari və Telman Dabakov barəsində toplanmış materiallar məhkəməyə göndərilib.Məhkəmənin də qərarı ilə onların hər biri 400 manat məbləğində cərimələnib.

Karantini pozan toy sahibləri CƏRİMƏLƏNDİ - Video