Kəlbəcərdə ekskavatorun üzərinə qaya parçaları düşüb, ölən var

Kəlbəcərdə ekskavatorun üzərinə qaya parçaları düşüb, ölən var

Kəlbəcərdə ekskavatorun üzərinə qaya parçaları düşüb, ölən var

Kəlbəcərdə ekskavatorun üzərinə qaya parçaları düşüb.

Bu barədə Polemika.az-a Baş Prokurorluğun Mətbuat Xidmətindən məlumat verilib.

Məlumatda qeyd olunur ki, sentyabrın 26-da Kəlbəcər rayonunun Zar kəndində yol çəkilişi zamanı “North West Construction” şirkətinə məxsus ekskavatorun üzərinə qaya parçaları düşüb.

Qəza nəticəsində ekskavatorun operatoru, Kürdəmir rayon sakini Cəbrayılov Bəhruz İsrail oğlu aldığı xəsarətlərdən ölüb.

Hazırda faktla bağlı araşdırma aparılır.

Mehri Qurban

Kəlbəcərdə ekskavatorun üzərinə qaya parçaları düşüb, ölən var