Keçmiş səfir Şimal-Cənub Dəhlizindən danışdı

Keçmiş səfir Şimal-Cənub Dəhlizindən danışdı

Keçmiş səfir Şimal-Cənub Dəhlizindən danışdı

"Azərbaycan Respublikası Qafqazın qapısı kimi #Bakı-Tbilisi-Qars dəmir yolunun tikintisinin təşəbbüskarı və tərəfdaşı olub. O, ölkəni əsas regional nəqliyyat qovşağına çevirmək üçün 20 milyard dollardan çox vəsait ayırıb".

Polemika.az ISNA-ya istinadla xəbər verir ki, bunu İranın keçmiş səfiri Möhsün Pakayin 164 km-lik Rəşt-Astara dəmir yolunun tikintisinə diqqət yetirmək zərurətindən danışarkən deyir.

O, Şimal-Cənub Nəqliyyat Dəhlizinin (ŞCND) bu hissəsinin əhəmiyyətini qeyd edib:

"Nəzərdə tutulan daşımaların həcmi təqribən 3 milyon ton yük və 200 min sərnişin təşkil edir. Sonrakı illərdə bu rəqəm 4 milyon ton yük və 500 min sərnişinə qədər artacaq.".

Diplomatın sözlərinə görə, Şanxay-Tehran konteyner qatarı gələcəkdə Rəşt-Astara-Tbilisi marşrutu ilə Avropaya göndərilə bilər. "Hazırda Çin yükləri dəmir yolu ilə Aktau limanına və dəniz yolu ilə Bakı limanına, Bakıdan isə yenidən dəmir yolu ilə Tbilisiyə və Qara dənizə daşınır".

Xatırladaq ki, Azərbaycan Respublikası ŞCND çərçivəsində ölkə daxilində Astaraçay sərhəd çayına qədər 8 kilometr dəmir yolu çəkmişdir. İslam Respublikası və Azərbaycanın hər biri layihənin təxminən 1 milyard dollarlıq büdcəsinin 50 faizini təmin etməli idi. Bu layihənin başa çatdırılması və ŞCND dəmir yolu əlaqəsi yaradılması İran, Rusiya və Azərbaycan Respublikası arasında Tehran Üçtərəfli Zirvə toplantısında aparılan danışıqların ən mühüm mövzusu olub.

Keçmiş səfir Şimal-Cənub Dəhlizindən danışdı