“Azərbaycanla zarafat etmək dövrü arxada qalıb, bir dəfəlik...” 

“Azərbaycanla zarafat etmək dövrü arxada qalıb, bir dəfəlik...” 

“Azərbaycanla zarafat etmək dövrü arxada qalıb, bir dəfəlik...” 

“Məğlubiyyəti, xüsusilə də, 30 il özü haqda saxta düzüb - qoşduğu "cəsur qalib" mifinin dağılması ilə sonuclanan acı, biabırçı məğlubiyyəti həzm etmək çətindir. Mənfur qonşu, işğalçı ermənilər təbii ki, 44 gündə ordumuzdan gözlənilməz qəti zərbə aldılar. Bu millət sanki, travmatik şok alıb, gicəllənib reallığı itirib”.

“Polemika.az” xəbər verir ki, bunu İctimai Tədqiqatlar Mərkəzinin rəhbəri İlqar Altay deyib

O, bildirib ki, ermənilər böyük qonşuların, dünya liderlərinin yığışıb əlindən (tam məhvdən) güclə aldığı "canavar" kumi orduya, dövlət-xalqa qarşı yeni revanş cəhdində bulunurlar: 

“Dünən, 16 noyabr 2021-də bu yeni cəhdi etdilər Azərbaycana qarşı, yəni şapalağın dadını bir də realizə etmək üçün ki, o 44 günün məğlubiyyəti bəlkə, təsadüf olub. Və yenə zərbə alıb, bu dəfə tam süstləşdilər. 

Özü də şikayət, ağlaşmalarına rəğmən, müttəfiqi Rusiya qarışıq heç bir dövlət, beynəlxalq təşkilat Azərbaycana qarşı ittihamla çıxış etmədi. 

Hətta qardaşı Fransa sadəcə, eyni yanaşmaqla, hər iki tərəfi sülhə, barışığa çağırdı.

Qarşı tərəfə bir-neçə saatlıq bir döyüşdə qar-qat çox və ağır zərbə ilə tələfat verib əsirlər götürən Azərbaycan, regiona bir daha, öz gücünü təsdiq etdi. 

Ermənistanı və həm də Qarabağ ermənisini başa saldı ki, Azərbaycanla zarafat etmək dövrü arxada qalıb, bir dəfəlik. Belə ki, Ermənistan 44 gün savaşın faciəli məhv yekununda xilas üçün razılaşmada verdiyi sözə və şərtlərə əməl etsin. Qarabağ erməniləri də, ərazidəki düşük, qurama silahlı birləşmələrini yığışdırsın, qulaqburmasız!”.

“Azərbaycanla zarafat etmək dövrü arxada qalıb, bir dəfəlik...”