Azərbaycan və İran prezidentləri Aşqabadda görüşə bilər

Azərbaycan və İran prezidentləri Aşqabadda görüşə bilər

Azərbaycan və İran prezidentləri Aşqabadda görüşə bilər

Azərbaycan Prezidenti İlham Əliyev və İran Prezidenti İbrahim Rəisinin görüşü gözlənilir.

Polemika.az "Nur News"a istinadla xəbər verir ki, görüş noyabrın 28-də Türkmənistanın paytaxtı Aşqabadda keçiriləcək İƏT (İslam Əməkdaşlıq Təşkilatı) sammiti çərçivəsində baş tuta bilər.

Xatırladaq ki, hazırda İƏT-ə İran, Əfqanıstan, Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Pakistan, Tacikistan, Türkiyə, Türkmənistan və Özbəkistan da daxil olmaqla, 10 ölkə üzvdür.

Prezidentlərin mümkün görüşü ərəfəsində Azərbaycan Baş nazirinin müavini Şahin Mustafayev Tehrana səfər edərək bir sıra İran rəsmiləri ilə görüşlər keçirib.

Azərbaycan və İran prezidentləri Aşqabadda görüşə bilər