Rihanna və "A$AP Rocky" evlənir - İddia

Rihanna və "A$AP Rocky" evlənir - İddia

Rihanna və "A$AP Rocky" evlənir - İddia

Rihanna və "A$AP Rocky" evlənməyi planlaşdırırlar.

Polemika.az "HollywoodLife"a istinadla xəbər verir ki, ulduzlar yeni ili müğənninin vətəni Barbadosda qeyd etdikdən sonra bu qərara gəliblər.

Bu barədə ABŞ nəşrinə cütlüyə yaxın mənbə məlumat verib.

Hələlik rəsmi təklif olmasa da, insayder bunun yalnız “vaxt məsələsi” olduğuna inanır.

“Rokki tamamilə Rihannanın mükəmməl qadın olduğunu hiss edir, onsuz həyatı təsəvvür edə bilməz. Onlar uzun müddətdir ki, evliliyi müzakirə edirlər və bilirlər ki, hər ikisi bunu istəyir”, - deyə mənbə qeyd edib.

Ulduzlar uzun müddətdir ki, dostdurlar, lakin 2020-ci ilin əvvəlində romantik münasibətləri haqqında danışmağa başlayıblar.

Münasibətlərin təsdiqi yalnız bir il sonra baş verib: 2021-ci ilin may ayında Rokki GQ jurnalına müsahibədə bildirib: "Rihanna həyatımın sevgisidir".

Rihanna və "A$AP Rocky" evlənir - İddia