Şou-proqramlarda 50 manata oxuyur

Şou-proqramlarda 50 manata oxuyur

Şou-proqramlarda 50 manata oxuyur

Əməkdar artist Aybəniz Haşımova həmkarı Firuzə İbadovaya dəstək olub.

Polemika.az xəbər verir ki, efirdə evinin şəraitindən gileylənən sənətçiyə Aybəniz Haşımova münasibət bildirib.

Onun sözlərinə görə, Firuza  İbadova şou-proqramlarda 50 manata oxuyur:

"Mən onu tanıyanda o artıq ulduz idi. Mənim üçün bu gün də ulduzdur. Onu dinləmək üçün insanlar ciblərindəki son pulu verib bilet alır, konsertinə gəlirdilər. Onun çıxış etdiyi konsertlərinin dəfələrlə şahidi olub, pərdə kənarında onu dinləyə-dinləyə öyrənmişəm. Ehtiyacı olmasa da, Şövkət Ələkbərovaya olan sevgisindən gedib onun sinfində dərs aldı. Təqvimdə elə bir gün yox idi ki, o, konsertlə tamaşaçı qarşısına çıxmasın: stadion, tarla, kolxoz deməzdi... Firuzə xanımın tədbirlərdə necə şövqlə keçməsinin, çıxış etməsinin şahidi olmuşam.

Qırmızı hərflərlə yazılan müğənnilər siyahısında idi, müqabilində isə Firuzə İbadova ayda bir dəfə maaş alardı. O da digər sənətkarlar kimi xalqın qarşısında olan saysız çıxışlarının sonunu bugünkü kimi deyil, çox böyük sevgi, diqqətlə ödəniləcəyini, təminini düşünürdü. Məcburiyyətdən, çörəkpulu üçün toylarda, şou-proqramlarda 50 manata oxuyur. Bayıl qəsəbəsində olan 1 otaqlı evini satıb, kreditini ödəyib".

Şou-proqramlarda 50 manata oxuyur