Əməkdar artist hiddətləndi: “Siz uşaqlarımın boşanmağını istəyirsiniz?!"

Əməkdar artist hiddətləndi: “Siz uşaqlarımın boşanmağını istəyirsiniz?!"

Əməkdar artist hiddətləndi: “Siz uşaqlarımın boşanmağını istəyirsiniz?!"

“Biz ailə quranda deyirdilər: “Ağ gəlinliklə gedin, ağ kəfənlə həmin evdən çıxın”.

Bu sözləri Polemika.az-a Əməkdar artist, qarmonçu Gülbahar Şükürlü deyib.

O, gənclərin hər xırda səbəbdən boşandığını qeyd edərək bunun doğru olmadığını vurğulayıb:

“Bu yaxınlarda Elgizin verilişində qonaq idim, şikayətləri diləyəndə görürdüm ki, insanların çoxu heç nədən ayrılır, ailəsini dağıdır. Düzdür, ailədaxili şiddətə görə boşananlar da var, amma bəsit, xırda söz-söhbətin ucbatından boşananlar heç də az deyil.

Ailə bağlı bir boğçadır, gənc ailələrin dağıldığını görəndə pis oluram, istəmirəm boşanmalar bu qədər çox olsun. Bu mövzuda danışa biləcək haqqa sahibəm, çünki yetərli qədər təcrübəm, nəvələrim var. Mən boşanmaların əleyhinəyəm.

Biz ailə quranda deyirdilər:“Ağ gəlinliklə gedin, ağ kəfənlə həmin evdən çıxın”. Bu o demək deyildi ki, ailələrimiz bizi ölümə göndərir. Xeyr! Bu sözü ona görə deyirdilər ki, yəni getdiyiniz yerdə birlikdə qocalın".

Qarmonçu hesab edir ki, ailə düzgün motivasiya əsasında qurulmayanda, boşanma baş verir:

“Ərimlə bir-birimizi 10-cu sinifdən istəmişik, bir müddət əvvəl dünyasını dəyişdi, yəni bizi ölüm ayırdı. Gənclər də bu cür olmağa çalışmalıdır.

Bəzən gənclərdən soruşuram ki, niyə ayrıldınız? Deyir: “Bizimki alınmadı”. Sanki bunlar biznesmendir, böyük şirkət quracaqdılar, binalar tikəcəkdirlər, amma sövdələşmələri alınmayıb. Belə olmaz axı...

Ailəni qorumaq lazımdır. Haransa ağrıyanda həkimə gedirsən, o sənə müalicə yazır, vəziyyət çox kritik olanda son çarə olaraq əməliyyat məsləhət görülür. Ailə də belədir, boşanma üçün ən kritik anı gözləməlisən”.

Sənətçi bu mövzuda danışdıqdan sonra sosial şəbəkədə hədəfə çevrildiyini qeyd edib:

“Bəzən haqqımda yazırlar: “Ay bəxtəvər, səni boşamayıblar, ona görə belə danışırsan. Sənin də övladların var...” Siz uşaqlarımın boşanmağını istəyirsiniz? Bu nə sözdür, bu nə danışıqdır?! Düşmənimsiz? Ona görə bəzn uşaqlarım irad tutur: “Ana, danışma”. Bəs mən nə edim? Sözün düzünü deməyim?!”

Əsmətxanım

Əməkdar artist hiddətləndi: “Siz uşaqlarımın boşanmağını istəyirsiniz?!"