Ukraynada daha bir AES rus hərbçilərin nəzarətinə keçdi

Ukraynada daha bir AES rus hərbçilərin nəzarətinə keçdi

Ukraynada daha bir AES rus hərbçilərin nəzarətinə keçdi

Rusiya Federasiyasının silahlı qüvvələri Ukraynadakı Zaporojye Atom Elektrik Stansiyasına (AES) nəzarəti ələ keçirib.

Polemika.az xəbər verir ki, bunu Rusiya nazirliyinin sözçüsü İqor Konaşenkov brifinqdə deyib.

“AES-in şəxsi heyəti normal rejimdə obyektlərin saxlanılması və radioaktiv vəziyyətə nəzarət üzrə işləri davam etdirir”, - deyə o qeyd edib.

Onun sözlərinə görə, radioaktiv fon normaldır.

Bundan əvvəl Rusiya hərbçiləri Ukraynadakı Çernobıl AES-ə nəzarəti ələ keçiriblər.

Ukraynada daha bir AES rus hərbçilərin nəzarətinə keçdi