“Lukaşenko hər an orduya Ukraynaya girməyi əmr edə bilər” - Ukrayna XİN

“Lukaşenko hər an orduya Ukraynaya girməyi əmr edə bilər”

“Lukaşenko hər an orduya Ukraynaya girməyi əmr edə bilər” - Ukrayna XİN

Ukrayna XİN başçısı Dmitri Kuleba bu gün, fevralın 28-də xarici jurnalistlər üçün keçirilən brifinqdə təsdiqləyib ki, Belarus Prezidenti Aleksandr Lukaşenko istənilən an Belarus ordusunun Ukrayna ərazisinə girmək əmrini verə bilər.

«Mən, qeyd etmək istəyirəm ki, lap əvvəldən Belarusu da təcavüzdə istifadə ediblər. İndiki anda Ukraynanı təkcə Rusiya yox, həm də Belarus tərəfdən atəşə tuturlar və Aleksandr Lukaşenko istənilən an Belarus ordusunun Ukrayna ərazisinə yeridilməsi barədə əmr verə bilər» - o, bəyan edib.

Kuleba qeyd edib ki, əgər Minsk Moskvaya hərbi dəstək verməsini dayandırmasa, onu da Rusiyanın aqibəti gözləyir.\AzPolitika.info

 

 

 

“Lukaşenko hər an orduya Ukraynaya girməyi əmr edə bilər” - Ukrayna XİN