Çinin körfəzdə gizli obyekti - Kəşfiyyat məlumatı

Çinin körfəzdə gizli obyekti - Kəşfiyyat məlumatı

Çinin körfəzdə gizli obyekti - Kəşfiyyat məlumatı

ABŞ kəşfiyyat xidmətləri Çinin BƏƏ-nin paytaxtı Əbu-Dabi yaxınlığında gizli şəkildə hərbi obyekt tikdiyi rəyinə gəlib.

Polemika.az xəbər verir ki, bunu "Wall Street Journal" nəşrinə vəziyyətlə tanış olan mənbələr açıqlayıb.

Onların sözlərinə görə, təxminən 1 il əvvəl ABŞ rəsmiləri Əbu-Dabi yaxınlığındakı Xəlifə limanında "şübhəli Çin fəaliyyəti" ilə bağlı kəşfiyyat məlumatları almağa başlayıblar.

Nəşrin mənbələri bildirib ki, 2021-ci ilin yazında məxfi peyk şəkilləri ABŞ rəsmilərinə Çinin limanda hərbi obyekt tikdiyi qənaətinə gəlməyə imkan verib.

Co Bayden administrasiyası BƏƏ-ni obyektin hərbi məqsəd daşıdığına və tikintisinin dayandırılmasına inandırmaq üçün fəal diplomatik səylər göstərib.

Amerika rəsmilərinin BƏƏ-yə bir sıra görüşləri və səfərlərindən sonra obyektin tikintisi dayandırılıb.

Çinin körfəzdə gizli obyekti - Kəşfiyyat məlumatı