Bu ölkədə bir gündə 182 mindən çox adam koronavirusa yoluxdu

Bu ölkədə bir gündə 182 mindən çox adam  koronavirusa yoluxdu

Bu ölkədə bir gündə 182 mindən çox adam koronavirusa yoluxdu

Böyük Britaniyada koronavirusa daha 182 mindən çox yeni yoluxma faktı qeydə alınıb. Bu göstərici epidemiya başlayandan bəri ölkədə virusa gündəlik ən yüksək yoluxma deməkdir.

Polemika.az-ın məlumatına görə, yoluxanların son bir həftə ərzində 45% artıb. Krallıqda pandemiyanın başlanmasından indiyədək yoluxanların ümumi sayı 12,7 milyon nəfərə çatıb.

Həmçinin 332 nəfər virusun qurbanı olub, ölənlərin ümumi sayı isə 148 mini ötüb.

Ümumilikdə, indiyədək krallıqda üstünlük təşkil edən omikron ştamı ilə 229,6 min yoluxma halı aşkar edilib. Yeni ştam 54 nəfərin ölümünə səbəb olub. 

Bu ölkədə bir gündə 182 mindən çox adam koronavirusa yoluxdu