Türkiyənin Polşadakı Səfirliyinə hücum edildi

Türkiyənin Polşadakı Səfirliyinə hücum edildi

Türkiyənin Polşadakı Səfirliyinə hücum edildi

Türkiyənin Polşadakı diplomatik nümayəndəliyinin binasına hücum edilib.

Polemika.az “CNN-Türk”ə istinadla xəbərinə görə, bu gün yerli vaxtla saat 13.40-da Polşanın paytaxtı Varşava şəhərində yerləşən səfirlik binasının əməkdaşlarına hücum edilib və konsulluğun girişinə 3 ədəd “molotov kokteyli” atılıb.

Səfirliyin mühafizəsinə cavabdeh olan polis əməkdaşları hücum edən şəxsi tutaraq zərərsizləşdiriblər. Hücumdan sonra çox sayda polis əməkdaşları səfirlik binasının yerləşdiyi əraziyə cəlb edilib. Hadisə yerində araşdırmaya başlanılıb.

Hadisə zamanı xəsarət alan olmayıb.

Türkiyənin Polşadakı Səfirliyinə hücum edildi