Dövlət sirrini açıqlayan şəxslərin cəzası sərtləşdirilir

Dövlət sirrini açıqlayan şəxslərin cəzası sərtləşdirilir

Dövlət sirrini açıqlayan şəxslərin cəzası sərtləşdirilir

Misir parlamenti dövlət sirrinin açıqlanmasına görə cəzaları sərtləşdirən qanun layihəsini müzakirə edir.

Polemika.az "Əl-Əhram"a istinadla xəbər verir ki, qanun layihəsinə əsasən, müttəhimi 6 aydan 5 ilə qədər həbs cəzası və 5000 Misir funt sterlinqindən (318 ABŞ dolları) 50.000 (3183 ABŞ dolları) qədər cərimə gözləyir.

Bilmədən milli müdafiə xarakterli məlumatları xarici ölkə ilə paylaşan, milli təhlükəsizlik məlumatlarını gizli şəkildə ötürən, məxfi məlumatları əldə etmək və ya açıqlamaq üçün mesajlaşma sistemlərindən istifadə edən və ya əvvəlcədən icazə almadan orduya aid məxfi məlumatları toplayan hər kəs cinayət məsuliyyətinə cəlb olunacaq. 

Qanun layihəsində deyilir: “Cinayət müharibə zamanı və ya şəxsiyyətini, milliyyətini və ya peşəsini gizlədən sistem vasitəsilə törədilibsə, yaxud dövlət qulluqçusu və ya hərbi qulluqçu olubsa, onları həbs cəzası gözləyir”.

Misir hökuməti hazırda məxfi dövlət məlumatlarını açıqlayan hər kəsi təxminən 100-500 Misir funtu məbləğində cərimələyir.

Dövlət sirrini açıqlayan şəxslərin cəzası sərtləşdirilir