FTB 2 iranlı üçün 10 milyon dollar mükafat vəd etdi

FTB 2 iranlı üçün 10 milyon dollar mükafat vəd etdi

FTB 2 iranlı üçün 10 milyon dollar mükafat vəd etdi

Bu gün ABŞ Ədliyyə Nazirliyi 2 İran vətəndaşını 2020-ci il ABŞ prezident seçkilərinə təsir etmək cəhdində ittiham edib.

Polemika.az "Euronews"a istinadla xəbər verir ki, onlar prezident seçkilərində seçicilərin ABŞ seçki sisteminə etimadını sarsıtmağa cəhd göstəriblər.

ABŞ məhkəməsi, həmçinin iddia edib ki, şübhəlilər ABŞ-ın səsvermə sistemindəki seçki pozuntuları ilə bağlı iddiaları qızışdırmaq üçün saxta elektron məktublar və videolar göndəriblər.

Şübhəlilər 24 yaşlı Seyyid Mohsen Hüseyn Musa Kazemi və 27 yaşlı Səccad Kaşian haqqında ittihamnamə Nyu-Yorkun Manhetten federal məhkəməsinə təqdim edilib.

ABŞ Maliyyə Nazirliyi də bir neçə saat əvvəl hər iki iranlını digər 4 İran vətəndaşı və bir İran şirkəti ilə birlikdə sanksiya siyahısına daxil edib.

Hakerlərin hazırda İranda olduğu güman olunur, lakin ABŞ rəsmiləri ittihamların və elan edilən sanksiyaların onların səyahətinə mane olacağına ümid edirlər.

Maliyyə Nazirliyinin sanksiya siyahısına salınmış şəxslərin adları da tam açıqlanıb: Səccad Kaşian, Seyyid Məhəmməd Hüseyn Musa Kazemi, Hüseyn Əkbəri, Mustafa Sərmədi, Seyyid Mehdi Haşemi və Məhəmməd Baqer Şirinkar, "Pasargad Security Company" .

Federal Təhqiqat Bürosu (FBİ) ABŞ prezident seçkilərinə müdaxilə ittihamı ilə 2 iranlı üçün 10 milyon dollar mükafat təyin edib.

FTB 2 iranlı üçün 10 milyon dollar mükafat vəd etdi