Rusiya Federasiyası Təhlükəsizlik Şurasının iclasında Soçi bəyanatından danışılıb

Rusiya Federasiyası Təhlükəsizlik Şurasının iclasında Soçi bəyanatından danışılıb

Rusiya Federasiyası Təhlükəsizlik Şurasının iclasında Soçi bəyanatından danışılıb

Rusiya Federasiyası Təhlükəsizlik Şurasının iclasında Rusiya prezidenti Vladimir Putin Ermənistanın baş naziri Nikol Paşinyanla Azərbaycan prezidenti İlham Əliyev arasında Qarabağ münaqişəsinin həllinə dair razılaşmalarla bağlı noyabrın 26-da keçirilmiş görüş və müzakirənin nəticələrini təqdim edib.

Polemika.az xəbər verir, bu barədə Kremlin məlumatında deyilir.

Təhlükəsizlik Şurasının iclasında Federasiya Şurasının sədri Valentina Matvienko, Dövlət Dumasının sədri Vyaçeslav Volodin, Təhlükəsizlik Şurası sədrinin müavini Dmitri Medvedev, Administrasiya rəhbəri Anton Vayno, Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev, nazirlər iştirak ediblər. Daxili işlər naziri Vladimir Kolokoltsev, xarici işlər naziri Sergey Lavrov, Federal Təhlükəsizlik Xidmətinin direktoru Aleksandr Bortnikov, Xarici Kəşfiyyat Xidmətinin direktoru Sergey Narışkin, Prezident Administrasiyası rəhbərinin müavini Dmitri Kozak iştirak ediblər.

Xatırladaq ki, noyabrın 26-da Soçidə Ermənistan baş naziri Nikol Paşinyan, Rusiya prezidenti Vladimir Putin və Azərbaycan prezidenti İlham Əliyev arasında üçtərəfli görüş keçirilib, yekunda birgə bəyanat qəbul edilib.

Rusiya Federasiyası Təhlükəsizlik Şurasının iclasında Soçi bəyanatından danışılıb