İranlı deputat: "Azərbaycan və Türkiyə ilə əlaqələr..."

İranlı deputat: "Azərbaycan və Türkiyə ilə əlaqələr..."

İranlı deputat: "Azərbaycan və Türkiyə ilə əlaqələr..."

"İbrahim Rəisi hökumətinin xarici siyasətə rasional yanaşması və ümumən rəftarın dəyişməsi ilə qonşu ölkələr, xüsusilə, Azərbaycan və Türkiyə ilə münasibətlərin inkişafına ümid yaranıb".

Polemika.az IRNA-ya istinadla xəbər verir ki, bunu İslami Şura Məclisinin (İran parlamenti) üzvü Əhməd Əlireza Beygi bildirib.

Onun sözlərinə görə, ölkənin iqtisadi inkişafı üçün vacib strategiyalardan biri qonşu ölkələrlə yaxşı, tarazlı, inkişada olan əlaqələr, habelə dini, milli-etnik, mədəni və sosial ortaqlıqlar vurğulanmalıdır:

“İranın bölgədəki coğrafi mövqeyi, Türkiyə və Azərbaycan Respublikası da daxil olmaqla, bütün yaxın ölkələrlə iqtisadi və siyasi əlaqələrə malik olmağımızı bizdən tələb edir. Hər iki tərəfin xalqları və dövlətləri bu əlaqələrdən faydalana bilməlidir”.

Əhməd Əlireza Beygi İranın qonşu ölkələrlə əlaqələrinin inkişaf etdirilməsinin vacibliyini vurğulayıb:

"Bu ölkələrlə bir çox ortaq cəhətlər ölkənin diplomatik aparatının daimi diqqətində olmalıdır. Xarici əlaqələrdə simmetriyanın gözlənilməsi mühüm çağırışlardan biridir. Təəssüf ki, əvvəllər bu, qonşu dövlətlərlə müxtəlif gərginliklərlə nəticələnib. Bu baxımdan İran və Azərbaycan Respublikası bir millət və iki dövlətdir. Bu unikal tarixi fürsətdən əlaqələri genişləndirmək üçün ən yaxşı şəkildə istifadə edilməlidir".

İranlı deputat: "Azərbaycan və Türkiyə ilə əlaqələr..."