Şimali Koreya BMT TŞ-də müzakiyəyə çıxarılacaq

Şimali Koreya BMT TŞ-də müzakiyəyə çıxarılacaq

Şimali Koreya BMT TŞ-də müzakiyəyə çıxarılacaq

BMT Təhlükəsizlik Şurası Şimali Koreyada daha bir qitələrarası ballistik raket sınağı ilə əlaqədar təcili iclas çağıracaq.

Polemika.az AP-yə istinadla xəbər verir ki, Şimali Koreya bu dəfə raketi sualtı qayıqdan atıb.

BMT Təhlükəsizlik Şurasının iclası Böyük Britaniya və ABŞ-ın istəyi ilə çağırılacaq.

Şuranın qəbul etdiyi bir sıra qətnamələrə görə, Şimali Koreyanın raket sınağı etmək hüququ yoxdur, qadağanın pozulması halında KXDR müxtəlif sanksiyalara məruz qala bilər.

Ötən gün Şimali Koreya Mərkəzi Xəbər Agentliyi (KCNA), ölkə ordusunun ən müasir uçuş idarəetmə avadanlığı ilə təchiz edilmiş qitələrarası yeni ballistik raketini uğurla sınaqdan keçirdiyini bildirib.

KCNA-nın verdiyi açıqlamada yeni sınağın ölkənin donanmasının sualtı əməliyyatlar aparmaq potensialını daha da artıracağını açıqlayıb.

Rəsmi Pxenyan bu silahın son iki ildə ilk sınağı olduğunu da vurğulayıb.

Şimali Koreya BMT TŞ-də müzakiyəyə çıxarılacaq