Rəsul Çunayev 3-cü dəfə tələbə oldu: “Heç vaxt gec deyil”

Rəsul Çunayev 3-cü dəfə tələbə oldu: “Heç vaxt gec deyil”

Rəsul Çunayev 3-cü dəfə tələbə oldu: “Heç vaxt gec deyil”

Azərbaycan millisinin yunan-Roma güləşçisi Rəsul Çunayev üçüncü dəfə tələbə adını alıb.

Polemika.az xəbər verir ki, 30 yaşlı güləşçi bu barədə İnstaqram səhifəsində paylaşım edib.

Dünya çempionu Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasına qəbul olunduğunu açıqlayıb:

“Uşaq olarkən təhsilin əhəmiyyətini anlamadığım vaxtlarda məktəbə getməyi heç sevməz, dərs oxumaq istəməzdim. Amma böyüdükcə anladım ki, təhsilin insan həyatında böyük və mühüm rolu var. Əgər Vətəninə, xalqına xeyirli bir övlad olmaq istəyirsənsə, lazım olan əsaslardan biri də təhsildir. Yəni təhsil, həqiqətən də, bir millətin gələcəyidir. İndi isə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının tələbəsiyəm və təhsil həyatında 3-cü dəfə universitet oxuyacaq bir tələbə kimi demək istəyirəm ki, təhsil almaq üçün heç vaxt gec deyil. Siz də mənim kimi sonradan peşman olmayasınız deyə verəcəyim ən önəmli tövsiyələrdən biri də budur ki, təhsili öz həyatınızda əhəmiyyətli tutun. Çünki savad hər sahədə lazımlı və vacibdir”.

Xatırladaq ki, Rəsul Çunayev Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası, həmçinin Bakı Dövlət Universitetinin məzunu olub.

Mehri Qurban

Rəsul Çunayev 3-cü dəfə tələbə oldu: “Heç vaxt gec deyil”