Şəhriyar Məmmədyarov Karlsenə məğlub oldu

Şəhriyar Məmmədyarov Karlsenə məğlub oldu

Şəhriyar Məmmədyarov Karlsenə məğlub oldu

Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov Niderlandın Veyk-an-Zeye şəhərindəki “Tata Steel Chess” turnirində növbəti görüşünü keçirib.

Polemika.az xəbər verir ki, 37 yaşlı qrossmeyster IX turda norveçli dünya çempionu Maqnus Karlsenlə qarşılaşıb. Qara fiqurlarla oynayan Məmmədyarov 26-cı gedişdə rəqibinə uduzub.

Xallarını 6,5-ə çatdıran Karlsen vahid lider, 5,5 xalı olan Məmmədyarov isə 3-cü pillədə qərarlaşıb.

Qeyd edək ki, Ş. Məmmədyarov növbəti turda ABŞ təmsilçisi Sem Şankland ilə qarşılaşacaq.

Şəhriyar Məmmədyarov Karlsenə məğlub oldu