Azərbaycan çempionatında COVID fasiləsi olubmu? - AFFA aydınlıq gətirdi

Azərbaycan çempionatında COVID fasiləsi olubmu? - AFFA aydınlıq gətirdi

Azərbaycan çempionatında COVID fasiləsi olubmu? - AFFA aydınlıq gətirdi

Artıq bir-neçə həftədir Avropa futbolunda oyunlar koronavirusa görə təxirə salınır.

Azərbaycan klublarında vəziyyət necədir, futbolçular arasında virusa yoluxanlar, təxirə salınan oyunlar varmı?

Azərbaycan Futbol Federasiyaları Assosasiyasının (AFFA) mətbuat katibi Firuz Abdulla Polemika.az-a danışaraq məsələyə aydınlıq gətirib:

“Qış mövsümü ilə əlaqədar dekabrın 16-da Azərbaycan çempionatına fasilə verilib. Oyunlara fevralda start veriləcək. Çempionat keçirildiyi dövrdə isə COVID-19 pandemiyasının ortaya çıxardığı bütün reallıqlara uyğun prosedur qaydalar tətbiq olunur.

Pandemiya dövrü ilə bağlı AFFA-nın tibbi protokolu da var. Bütün oyun iştirakçıları həmin protokolun tələblərinə riayət edirlər. Buraya, təbii ki, koronavirus testi də daxildir”.

Azərbaycan çempionatında COVID fasiləsi olubmu? - AFFA aydınlıq gətirdi