"Qarabağ"ın hücumçusu "Beşiktaş2a keçir? - Klubdan açıqlama

"Qarabağ"ın hücumçusu "Beşiktaş2a keçir?

"Qarabağ"ın hücumçusu "Beşiktaş2a keçir? - Klubdan açıqlama

"Qarabağ"ın mətbuat xidmətinin rəhbəri Gündüz Abbaszadə Türkiyənin "Beşiktaş" klubunun komandanın hücumçusu Musa Qurbanlı ilə maraqlanması ilə bağlı yayılan xəbərlərə aydınlıq gətirib.

Polemika.az xəbər verir ki, bu barədə Qol.az-a açıqlama verən klub rəsmisi "Beşiktaş"dan Musa ilə bağlı hər hansı təklif almadıqlarını deyib:

"Bu, Türkiyə mediasının iddiasıdır. "Beşiktaş"ın Musa Qurbanlını transfer etmək istəməsi ilə bağlı klubumuza istər yazılı, istərsə də şifahi hər hansı müraciəti olmayıb. Qısaca bunu deyə bilərəm".

Xatırladaq ki, Türkiyənin "Fotomac" nəşri "Beşiktaş"ın baş məşqçisi Önder Karavelinin Musa Qurbanlı ilə bağlı "Qarabağ" rəsmiləri ilə görüşdüyünü yazıb.

"Qarabağ"ın hücumçusu "Beşiktaş2a keçir? - Klubdan açıqlama