İran İƏT-dəki fəaliyətini bərpa etdi

İran İƏT-dəki fəaliyətini bərpa etdi

İran İƏT-dəki fəaliyətini bərpa etdi

İran 6 ildən sonra İslam Əməkdaşlıq Təşkilatında fəaliyyətini bərpa edir.

Polemika.az ISNA-ya istinadla xəbər verir ki, 3 iranlı diplomat İslam Əməkdaşlıq Təşkilatının (İƏT)  Ciddə şəhərində yerləşən ofisinə gəlib.

Qeyd edək ki, Səudiyyə Ərəbistanı və İran arasında münasibətlər 2015-ci ilin martında pisləşib. Rəsmi ər-Riyadın başçılıq etdiyi koalisiya Yəməndə üsyançı husulərə qarşı hərbi əməliyyata başlayıb. İran Səudiyyə Ərəbistanının bu addımını regionda sabitliyin pozulması kimi qiymətləndirib. Ər-Riyad isə öz növbəsində İranı husiləri dəstəkləməkdə ittiham edib.

İran İƏT-dəki fəaliyətini bərpa etdi